Траmp prezident kimi ilk dəfə jurnalistlərlə görüşüb

ABŞ-ın yeni prezidenti Donald Tramp bazar günü axşam jurnalistlərlə ilk dəfə qapalı görüş keçirib.

sabahinfo.az xarici mediaya istinadən bildirir ki, görüş zamanı müzakirə olunan məsələ ilə bağlı məlumat açıqlanmır.

Görüş Trampın hazırda ailəsi ilə məzuniyyətdə olduğu Florida ştatının Palm-Biç şəhərində baş tutub.

Yeni prezidentin jurnalistlərlə görüşündə ABŞ-ın yeni birinci ledisi Melaniya Tramp və onun aparıcı məsləhətçisi Kelienn Konuey də iştirak ediblər.