Trampdan qaradərili vətəndaşlarını qəzəbləndirəcək addım

ABŞ prezidenti Donald Tramp Ağ Evdə dəyişikliklər edib.
 
Sabahinfo.Az avropa.info-ya istinadən bildirir ki, o ABŞ zəncilərinin hüquqları uğrunda mübarizə aparan Martin Lüter Kinqin oval kabinetdə qoyulmuş büstünü Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçilin büstü ilə əvəz edib.

Çörçilin büstü keçmiş kiçik Corc Buş administrasiyasına Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyr tərəfindən bağışlanmışdı. Buş hakimiyyətdən getdikdə Barak Obama onu Martin Lüter Kinqin büstü ilə əvəzləmişdi.

Buşun mətbuat katibinin sözlərinə görə, bütlərin yerdəyişməsindən sonra oval kabinet Buş dövrünü xatırlatmağa başlayıb.