Trampdan Rusiyanı sevindirəcək - AÇIQLAMA

ABŞ-da respublikaçıların prezidentliyə namizədi milyarder Donald Tramp Krım əhalisinin Rusiya lehinə seçim etdiyini və ABŞ-ın bunu nəzərə almalı olduğunu bəyan edib.

 

APA-nın məlumatına görə, D. Tramp ABC telekanalına müsahibəsində deyib ki, Krımı Rusiyanın tərkib hissəsi kimi tanımaq imkanını nəzərdən keçirəcək.Milyarder qeyd edib ki, Krım əhalisi əvvəllər yaşadıqları Rusiya ilə birgə olmağa üstünlük verib: "Ukraynaya gəlincə, orada özbaşınalıq hökm sürür. Bu, ABŞ-da hakimiyyətdə olan Barak Obama administrasiyanın NATO ilə sıx əlaqəsi olduğu dövrdə baş verir. Ukraynada baş verənlər NATO ilə bağlıdır”.