Türkiyə ordusu daha 6 kəndi terrorçulardan təmizlədi

Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Suriya Azadlıq Ordusu (SAO) Suriyanın daha 6 kəndini terrorçu İŞİD qruplaşmasından təmizləyib.

Sabahinfo.Az Report-a istinadən bildirir ki, "Fırat kalkanı" antiterror əməliyyatının 15-ci günü Suriyanın daha 6 kəndi terrorçulardan azad edilib.
İnformasiyaya əsasən, hazırda Vukuf, Sadvi, Əl-Əyyubiyalı, Şandi, Sinekli və Əbubiyat kəndlərinə Suriya Azadlıq Ordusu nəzarət edir.