Türkiyə ordusu daha üç şəhid verdi

Türkiyədə antiterror əməliyyatları davam edir.

sabahinfo.az Hurriyet qəzetinə istnadən xəbər verir ki, Ordu vilayətində yerləşən Topçam Jandarma postu yaxınlığında PKK terrorçuları ilə atışma zamanı üç əsgər şəhid olub, iki əsgər yaralanıb.

Hazırda bölgəyə əlavə hərbi qüvvələr göndərilib, yaraqlıların zərərsizləşdirilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.