Türkiyə ordusu Suriyada terrorçuların mövqeyini məhv edib

Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın şimalında İŞİD-in 53 və PYD-nin 70 mövqeyini məhv edib.

Bu barədə sabahinfo.Az "Sabah” qəzetinə istinadən xəbər verir.

Qəzetin məlumatına əsasən, ötən gün əməliyyatlar zamanı Türkiyənin müttəfiqi olan Azad Suriya Ordusunun 7 üzvü həlak olub.

Qeyd edək ki, "Fərat qalxanı” əməliyyatı çərçivəsində Azad Suriya Ordusu 156 yaşayış məntəqəsini nəzarətə alıb.