Türkiyə səhəri qara xəbərlə açdı: 8 şəhid

Ötən gün Türkiyənin Hakkari vilayətində PKK terrorçuları hərbiçilərə hücum edib.

Yolda yoxlanış aparan əsgərlər iriçaplı silahlardan atəşə tutulublar. Hücum nəticəsində 5 əsgər şəhid olub, 8 nəfər isə yaralanıb.

sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaralanan 3 əsgərin həyatını xilas etmək mümkün olmayıb.

Nəticədə ölənlərin sayı 8-ə çatıb.