Türkiyədə 15 general və 2 admiral yeni vəzifəyə təyin edilib

Hərbi çevriliş cəhdindən sonra 1684 hərbçinin xaric edildiyi Türkiyə Silahlı Qüvvələrində ilk təyinatlar olub. sabahinfo.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün dərc edilən qərarla 15 general və 2 admiral yeni vəzifəyə təyin edilib.

 

Generallardan Rafet Sevinç Şaşmaz Hərb Akademiyaları Komandanlığına, Kadircan Kottaş hərbi çevriliş cəhdi zamanı İstanbul və Ankara üzərində uçuşlar həyata keçirən və bomba zərbələri endirən qırıcı təyyarələrin qalxdığı Diyarbəkirdəki 8-ci Hərbi Təyyarə Bazası Komandanlığına, Ali Çekiç isə Aksaz Dəniz Bazası Komandanlığına təyin ediliblər.

Bu arada Meşə təsərrüfatı və Su işləri Nazirliyində 383 nəfər vəzifəsindən uzaqlaşdırılıb. Həmin işçilər Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinirlər. Məlumata görə, nazirlikdə və onun tabeliyində olan idarələrdə araşdırmalar davam etdirilir.