Türkiyədə kürdyönümlü partiyanın daha bir deputatı saxlanıldı

Türkiyə parlamentinin kürdyönümlü Xalqların Demokratik Partiyasının deputatı İmam Taşçier saxlanıldığını bəyan edib.

sabahinfo.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 

"Mən Ankarada mehmanxanadayam, məni saxlayıblar”, - Taşçier "Twitter”də bildirib. 

Daha öncə türk parlamentinin Xalqların Demokratik Partiyasının 11 deputatı, o cümlədən partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Fiqen Yüksəkdağ saxlanılıb. Saxlama əməliyyatı eyni anda Türkiyənin bir neçə şəhərində, əsasən Ankara, Diyarbəkir və ölkənin cənubi-şərqində Mardində baş verib. Türkiyə hakimiyyəti bunu deputatların toxunulmazlığı ləğv edildikdən sonra onlardan bəziləri ifadə vermək üçün məhkəmyə çağırılıb. Çağırışlara məhəl qoymadıqları üçün onların bəzilərinin saxlanılması qərarı verilib.