Türkiyədə müxalifət partiyasının rəhbərinə - 142 İL HƏBS TƏLƏBİ

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həbsdəki həmsədrlərininə işi məhkəməyə göndəriləcək.

Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, prokurorluq tərəfindən hazırlanan ittiamnamədə partiyanın həmsədrləri - Səlahəddin Dəmirtaşa 142 il , Figen Yüksəkdağ üçün isə 83 il azadlıqdan məhrum etmə cəzası istənilib.

Qeyd edək ki, S.Dəmirtaş və F.Yüksəkdağdan başqa, Türkiyə parlamentinin HDPüzvü olan 11 deputat da saxlanılıb. Onların arasında Ziya Pir, Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülser Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndərin olduğu bildirilir.

Həbslər Ankara, Diyarbəkir,  Mardin və  digər şəhərlərdə keçirilib. 

DHP  PKK terror təşkilatını dəstəkləməkdə ittiham edilir.