Türkiyədə partlayış: - 1 ölü, 1 yaralı

Türkiyənin Mardin vilayətində partlayış baş verib. sabahinfo.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış Nusaybin-Cizre yolunda yerləşən metal anbarında olub. Partlayış nəticəsində bir nəfər dünyasını dəyişib. Hadisə zamanı daha iki nəfər isə yaralanıb. Hazırda hüquq-mühafizə orqanları partlayışın səbəbini araşdırır.