Türkiyədə terrordan təmizlənmə əməliyyatı davam edir

Türkiyə Silahlı Qüvvələrin ölkə daxilində terrorçulara qarşı əməliyyatı davam edir. Türkiyədə seçkilərdən sonra Türkiyə Silahlı Qüvvələri həm "İŞİD”, həm də PKK terrorçularına qarşı xüsusi əməliyyatlar keçirib. Ötən gecədən başlayaraq Türkiyə-Suriya sərhəddində Türk Silahlı Qüvvələri və Türkiyə Hərbi Hava Qüvvələri havadan və qurudan "İŞİD” mövqelərinə avia zərbələr endirib.

O cümlədən PKK-nın ən önəmli mövqelərindən biri Hakkari, Diyarbakır və Yüksəkova bölgələri terrorçulardan təmizlənib.

Şəhid zabit İlkər Çelikcanın adını daşıyan antiterror əməliyyatında Türk əsgərləri 119 PKK terrorçusunu məhv edib.

Həmin ərazilər PKK-nın əsas bazaları sayılırdı. Əməliyyatlar zamanı Türkiyə ordusu 6 şəhid verib.

Türkiyə Mudafiə Nazirliyindən verilən məlumata görə, belə əməliyyatlar daha da sərt şəkildə qış boyu davam etdriləcək.