Türkiyədə yenə terror: - ölən və yaralananlar var

Türkiyədə növbəti terror aktı törədilib.

sabahinfo.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, budəfəki terror ölkənin Mardin əyalətində olub.  

Terror aktı nəticəsində 1 hərbçi şəhid olub, 9-u yaralanıb.

Terrorçular hərbçilərin olduğu maşın yoldan keçərkən bomba partladıblar. 

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb edilib.  Yarlılardan ikisinin vəziyyəti ağırdır.