Türkiyədəki təhlükəli erməni təşkilatları...

Türkiyədə xeyli sayda erməni dərnəkləri və cəmiyyətləri var ki, onlar bu ölkə üçün təhlükəli fəaliyyətlə məşğuldur. Bu fikirlər Modern.az-a erməni iddialarını araşdıran dərnəyin rəhbəri Atilla Karataşa məxsusdur. Dərnək rəhbəri bildirir ki, Osmanlı dönəmindən indiyədək Türkiyədə yaşayan və bu ölkənin bütün hüquqlarından istifadə edən ermənilər yaratdıqları təşkilatlarla bu ölkəni bölməyə çalışırlar. 

"Onlar bizim içimizdə yaşayır və bizi bir-birimizə qarşı qoymaq üçün fəaliyyət göstərirlər. Ermənilərin qurduğu "Daşnaksütyun” və "Hınçak” adlı təşkilatlar Türkiyədə gizli fəaliyyət göstərir və Türkiyənin milli mücadiləsinə qarşı çıxırlar”.

Atilla Kararaş bildirir ki, İstanbuldakı erməni keşişi Zaven "Mavi Mira” təşkilatına bənzər "Rum-erməni birliyi” adlı komitə yaradıb. "Dini lider” erməni intiqam alayları və fransızlardan aldıgı maddi dəstəklə Türkiyə əleyhinə fəaliyyət göstərir. 

"Xüsusilə Anadolu bölgəsində fəaliyyət göstərən bu komitə "Daşnak” və "Hınçak”dan da dəstək alır. Onların amacları bəllidir. Türkiyədə hüzuru pozmaq və sabitliyə zərbə vurmaq. Bu cür komitələr hətta öz vətəndaşlarını öldürməklə də "türklər erməniləri sıxışdırır” görüntüsü yaradır. Onların əsas məqsədi Anadoluda ermənilərin müstəqilliyini elan etməkdi. Ərzurum, Bitlis, Van, Elazığ və Diyarbakrı alaraq, bir dövlət qurmaq istəyirlər. Bu, ermənilərin tarixi planıdır. Hələ də həyata keçirmək üçün can atdıqları, gizli fəaliyyət göstərdikləri hər kəsə məlumdur. 
Məsələn, "Erməni intiqam alayı” adlı komitə fəaliyyət göstərir. Bu komitənin əsas işi nədir? Araşdırmalar onu göstərir ki, bu alay böyük qətillər törədib. Bir az geriyə dönsək, görərik ki, Adanada yaranan bu alayın ordusu, əsgərləri olub. Onlar Türkiyə Cümhuriyyətində bu ordunu yaratmaqla kimə qarşı mübarizə aparacaqdılar? Fransızların dəstəyi ilə yaradılan erməni alayının bir məqsədi olub: erməniləri türklərə qarşı ayağa qaldırmaq. Onlar türk zülmü barədə  uydurulmuş əfsanələri təbliğ edirlər. Onlar gizlin könüllü erməni fəadailəri toplayır, türklüyə qarşı ağlagəlməz fəaliyyətlə məşğul olurlar.  İndiyədək  də alay Türkiyədə fəaliyyət göstərir.  Guya indi ermənilərin mədəniyyətini təbliğ edirlər. Yaradılışının bir məqsədi olan alay necə ola bilər ki, fəaliyyətini dəyişsin?”.  

Dərnək rəhbərinin sözlərinə görə, hazırda Türkiyədə ermənilər azsaylı xalq statusu daşıyır və onlarğa məktəb aça, qəzet çıxara və bu kimi dəgər fəaliyyətlərlə məşğul ola  bilirlər. Bununla da onlar öz təbliğat işlərini gücləndirirlər. 

"Erməni diasporu çox güclü fəaliyyət göstərir və Fransa, ABŞ kimi böyük dövlətlərdən dəstək alır”- deyən Atilla Karataş onu da bildirir ki, son vaxtlar "Erməni kültürü və dayanışma dərnəyi” də fəaliyyətini gücləndirib. Erməni dərnəkləri Türkiyədə yaşayan başqa millətlərə məxsus təşkilatlardan fərqli olaraq toplantılarını gecikdirmir. 

"Türkiyə hazırda çətin dövrdən keçir. Neçə böyük dövlətlə üz-üzədi, mübarizə aparır. Ermənilər Türkiyədə baş verən bütün prosesləri müzakirə edir və özlərinə uyğun mənfəətlər əldə etməyə çalışırlar. Sadəcə, onu qeyd etmək istəyirəm ki, hər zaman əsli olmayan iddialarla gündəmə gələn ermənilərin fəaliyyəti ciddi nəzarət altındadır".   

Qeyd edim ki,  ermənilər Türkiyədə azsaylı xalq statusu daşıyır və kimliklərində bunu təsdiqləyən 2 nömrəli soy kodu yazılır.  

Hazırda Türkiyədə 1000-dən çox rəsmi qeydiyyatdan keçmiş erməni cəmiyyəti və dərnəyi fəaliyyət göstərir.