Türkiyəli jurnalist Almaniya prezidenti ilə görüşüb

Türkiyədə dərc olunan "Cumhuriyyət” qəzetinin keçmiş rəhbəri Can Dündar Almaniya prezidenti ilə görüşüb. sabahinfo.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniya prezidenti Yoahim Qauk Can Dündarı Bellevue Sarayında qəbul edib. Görüşdə prezidentin xanımı Dabiela Şadt və "Sərhədsiz jurnalistlər” təşkilatının nümayəndəsi də iştirak edib.

Can Dündar "Həbs olunduq” adlı kitabının alman-dilində çap olunan nüsxəsini Almaniya prezidentinə hədiyyə edib.

Jurnalist saray dəftərinə ürək sözlərini də yazıb: "Türkiyədəki həbsxanalarda olan bütün jurnalist və yazarlar üçün həmrəylik tələb edirəm. Bu Azadlıq Sarayında olmaq mənim üçün böyük bir şərəf və imtiyazdır”.