Türkiyənin 35 vətəndaşı Almaniyadan sığınacaq istəyib

Türkiyənin diplomatik pasport sahibi olan 35 vətəndaşı sığınacaq üçün Almaniyaya müraciət edib.

sabahinfo.Az-ın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, müraciət edənlər arasında diplomatların xanımları və övladları da var.

"Bütün müraciətlər Almaniya məhkəmə və prokurorluq orqanları tərəfindəndən araşdırılır. Qərar Türkiyə və Almaniya arasında 13 dekabr 1957-ci tarixində imzalanmış readmissiya sazişi nəzərə alınmaqla qəbul olunacaq”, - Almaniya XİN rəhbərinin məsləhətçisi Qunter Krinqs deyib.