Türkiyənin xarici işlər naziri Rusiyaya dəvət olundu

Rusiya Türkiyə və Ukraynanın Xarici İşlər nazirliklərinin rəhbərlərini Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Soçidə keçiriləcək xarici işlər nazirlərinin müşavirəsinə dəvət edib. sabahinfo.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə,  Rusiya xarici işlər nazirinin müavini Vasili Nebeznya bəyan edib ki, Soçidə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri ilə ikitərəfli danışıqlar keçiriməsinə hazırdırlar.

"Biz bütün nazirləri, o cümlədən Türkiyə və Ukraynanın xarici işlər nazirlərini də dəvət etmişik, ancaq hələ ki cavab yoxdur. Düşünürəm ki, bu həftə, maksimum gələn həftənin əvvəlində iştirakla bağlı hər şey aydın olacaq”, - o, deyib.

Nebeznya onu da vurğulayıb ki, əgər Türkiyənin xarici işlər naziri toplantıya qatılarsa, onun rusiyalı həmkarı ilə danışıqlar aparması da mümkün olacaq.

Soçidəki müşavirə iyulun 1-də keçiriləcək.