Türkiyənin yeni Baş nazirinin kimliyi məlum olub

Ədalət və İnkişaf partiyasının yeni sədri və Baş nazirin kim olacağı açıqlanıb. 

sabahinfo.az xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Qərar və İdarəetmə Şurasının iclası keçirilib. 45 dəqiqə davam edən iclasda yeni sədr və baş nazir namizədi Nəqliyyat, rabitə, dənizçilik naziri Binəli Yıldırım olub. 

Onun 80% nisbətlə irəli çıxdığı məlum olub. 

22 may, bazar günü keçiriləcək Konqresdə Binali Yıldırım partiyanın namizədi olaraq göstəriləcək. 

Ədalət və İnkişaf partiyasının sədr müavini və partiyanın sözçüsü Ömər Çelik yeni namizədlə bağlı açıqlama verib: "Cənab prezidentimizlə, zati-ailələri ilə, qurucu sədrimizlə AKP heyəti arasında bir millimetr belə məsafə yoxdur, dünən olmayıb, bundan sonra da olmayacaq. Çox dəyərli bir dostumuz, böyük bir razılaşma ilə İzmir millət vəkili, Nəqliyyat, dənizçilik, rabitə naziri Binali Yılıdırm sədr namizədi seçilib”. 

Binəli Yıldırım isə açıqlamasında "Qurucularından biri olmaqdan hər zaman böyük bir qürur duyduğum AKP-nın sədrliyinə namizədliyə layiq görülmək mənim üçün qürurların ən yüksəyidir, eyni zamanda da çox böyük bir məsuliyyətdir”,- deyib.