Türkmənistan prezidentinin oğlu deputat seçildi

Sərdar Qurbanqulu oğlu Berdımuhəmmədov Türkmənistan Məclisinin deputatı seçilib. sabahinfo.az xəbər verir ki, bu haqda Türkəmnistan televiziyası məlumat yayıb.

Türkmənistanda referendum və seçkilərin keçirilməsi üzrə Mərkəzi Komissiyasının televizyada yayımlanan süjetində bildirilib ki, ötən bazar günü 3 dairə üzrə Məclisə seçkilər keçirilib və Axal vilayətindəki  24 saylı "Duşak” dairəsindən Sərdar Berdımuhəmmədov seçilib.

İclasda yeni seçilən deputatlara vəsiqələr təqdim olunub.