Bu il növbədənkənar parlament seçkiləri keçiriləcək? - AÇIQLAMA

"Bələdiyyə seçkiləri konstitusiyada müəyyən olunmuş vaxtda keçiriləcək. Amma referendum və növbədənkənar parlament seçkilərinin keçirilməsi dövlət başçısının səlahiyyətində olan məsələdir".

Bunu "Unikal"a açıqlamasında deputat Azər Badamov deyib. Deputat bildirib ki, yeni dövrdə islahatların keçirilməsi qaçılmazdır:

"Amma bu islahatların çərçivəsi necə olmalıdırsa, dövlət başçımız müəyyənləşdirməlidir. Əgər Prezident İlham Əliyev digər seçkilərin keçirilməsini vacib hesab etsə, müvafiq sərəncamlar imzalansa, təbii ki, bütün siyasi proseslər baş tutacaq. Mən bir şey deyə bilərəm ki, keçiriləcək hər bir siyasi proses ölkəmizin güclənməsinə, inkişafına, insanların sosial rifahının yaxşılaşmasına və beynəlxalq mövqelərin möhkəmlənməsinə xidmət edəcək".