Ukraynada qocalar evində yanğın: - 17 ölü

Partlayışın televizorda baş verən partlayışın səbəb olduğu ehtimal edilir.

Ukraynanın Kiyev vilayətinin Brovar rayonunun Litoçka kəndində yerləşən qocalar evində baş vermiş yanğın zamanı 17 nəfər ölüb.

Sabahinfo.az Ukrayna KİV-ə istinadən məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Xidmətinin rəsmi nümayəndəsi Nikolay Çeçetkin xəbər verib.

"Binada 35 nəfər var idi. Onlardan 17-si ölüb. Artıq 16 nəfərin cəsədi tapılıb, daha bir nəfərin meyitinin axtarışları isə davam etdirilir”, - o deyib. 

 

Partlayışın televizorda baş verən partlayışın səbəb olduğu ehtimal edilir. Cinayət işi açılıb, araşdırma aparılır.