Ülviyyə Şahin - İstəyirəm....

İstəyirəm....
Səmalara getmək istəyirəm, insanların olmadığı bir yerə. Dənizsiz buludsuz,ləpəsiz sahillərə. Uzaq olub dünyanın şərindən, Tənhalıq olan yerlərə.... Getmək keçir könlümdən. Baxdıqca təkliyin oduna, Bir də yanmaq istəyirəm tüstülənmədən. Ağlamaq istəyirəm....ağlamaq, Bu gənc ömrü yığıb,bir ovcumda saxlamaq istəyirəm.. Yada salmaq istəyirəm...içimdəki boşluğu. 
Ya da salmaq istəyirəm içimdən bu boşluğu. Qırılsın,sınsın içimdən düşən boşluq. Çıxıb getmək istəyirəm boşluğun qırıqlarını tapdaya-tapdaya.