Anladım....
Boynunu burubdu həqiqət daha,
Edalət bazarda andla kiçilir.
Haqsızlar haqq gəzməz haqlı çıxmağa,
Xəyanət eyləyən etdiyin bilir.
Haqsız çeynəsə də haqqın saqqızın,
Heç zaman olmayıb sonu haqsızın.
Harda üşüdünsə tapıb haqq qızın,
Haqqın haqqı üçün elə ya səbir!