Bütün sahələrdə əsl intibah yaşanır

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da İsmayıllı rayonunun Qubaxəlilli kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP İsmayıllı rayon təşkilatının sədr müavini Anar Nəbiyev, təşviqat qrupunun üzvü Hafiz Kərimov çıxış ediblər.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev XXI əsrin lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyələnir.

Qeyd olunub ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində öz ərazi bütövlüyünü bərpa edib, bütün sahələrdə əsl intibahın yaşandığı bir dövlətə çevrilib.

Natiqlər seçiciləri 7 fevralda keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə və qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.