Vaşinqtonda atəş açılıb: - 2 ölü, 6 yaralı

Şənbə günü axşam Vaşinqtonda kütləvi təntənəli tədbir zamanı naməlum şəxsin atəş açması nəticəsində 2 nəfər ölüb, 8 yaşlı uşaq da daxil olmaqla, 6 nəfər yaralanıb.

APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Vaşinqtonun Anakostiya/Bgrri Farm rayonunda baş verib.
 
Polis hesab edir ki, atışma mübahisə ilə əlaqədar baş verib. Şübhəlinin saxlanılıb-saxlanılmaması barədə məlumat verilmir. Polis bayram tədbirində iştirak edənlərin sayəsində cinayətdə şübhəli sayılan şəxsin fotoşəkilini əldə edə bilib.