Venesuela neft hasilatını sutkada 95 min barelədək azaldır

Venesuela OPEK ilə sazişə əsasən 2017-ci ilin əvvəlindən neft hasilatını sutkada 95 min barel azaltmağa razılıq verib. sabahinfo.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, 1 yanvar 2017-ci il tarixindən OPEK ölkələri və təşkilata üzv olmayan dövlətlər arasında neft hasilatının ildə təqribən 1,8 milyon barel azaldılması barədə imzalanan müqavilə rəsmi olaraq qüvvəyə minir.

"Beynəlxalq öhdəliklərə xələl gətirməmək üçün 1 yanvar 2017-ci il tarixindən etibarən PDVSA (Venesuelanın Dövlət Neft-Qaz Şirkəti) və ya onun bölmələri müvafiq razılaşma və şərtlərə uyğun olaraq satış müqavilələrinin həcmini azaldacaq", — deyə Venesuelanın Energetika Nazirliyinin məlumatında bildirilib.