Xanım deputat parlamentə bəylik kostyumu üzərində uşaq gəlinliyi ilə gəldi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) bu günkü iclasında maraqlı olay yaşanıb. sabahinfo.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, CHP-li millət vəkili Qəmzə Akkuş İlgezdi cinsi istismara yol açan qanun layihəsinə özünəməxsus şəkildə etiraz edib.

Millət vəkili "cinsi təcavüz edən şəxslərin qurbanla evlənəcəyi halda cəzadan azad edilməsini” nəzərdə tutan qanun layihəsinə etiraz olaraq parlamentə bəylik kostyumu üzərinə uşaq gəlinliyi geydirərək gəlib.

Fikir söyləmək üçün kürsüyə bu formada çıxmaq istəyən millət vəkilinə icazə verilməyib. TBMM-in vitse-spikeri Əhməd Aydının müdaxiləsindən sonra parlament yetkililəri gəlinlik və kostyumu Qəmzə Akkuş İlgezdinin əlindən alıblar.

Qeyd edək ki, Türkiyədə səs-küyə səbəb olan "cinsi təcavüz edən şəxslərin qurbanla evlənəcəyi halda cəzadan azad edilməsini” nəzərdə tutan qanun layihəsi bu gün geri götürülüb.