Hadisə Türkiyənin Təkirdağ şəhərinin, Mərmərə bölgəsində baş
verib. İddialara görə, həkim, müayinə üçün gələn qadın xəstəsinin
serumuna dərman qatıb və ona təcavüz edib. T.A. adlı həkim 12 il 6 ay
həbs cəzasına məhkum olub.
Musavat.com
xəbər verir ki, məhkəməyə, haqqında 17 ilə qədər həbs cəzası istənən 46
yaşlı T.A. ilə təcavüzə uğradığı iddia edilən evli və iki uşaq anası 39
yaşlı AU-nun həyat yoldaşı da qatılıb.
Həkim özünü müdafiə edərək, təcavüz etmədiyini deyib:
"Qətiliklə iddia edildiyi kimi bir cinsi hücum hərəkətim olmayıb. Dinc
və xoşbəxt bir evliliyim var. Hadisənin olduğu tarixlərdə bələdiyyə
başçısı olma ehtimalı gündəmdə idi. Bu iddialar səbəbi ilə bu ehtimal da
reallaşmadı. Bütün bunların səbəbi də budur. Zərər çəkmiş şəxs və
yoldaşını 2 ildən daha uzun müddətdir ki, tanıyıram. Bu hadisədən
əvvəlinə qədər həyat xanımın yoldaşı yaxın dostum idi. Mənim yaxın
dostum olan birinin yoldaşına qarşı bu şəkildə davranmağım mümkün deyil.
Bütün bunlar nəzərə alınaraq, azad edilməmi tələb edirəm".
Amma həkimin bu çıxışı da onu xilas etməyib. Hakim ona 12 il 6 ay cəza verib.