Xırdalanda şagird özünü məktəbin pəncərəsindən atdı

Abşeron rayonunda şagird məktəbdə intihara cəhd edib.

 

APA-nın məlumatına görə, hadisə Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə qeydə alınıb.

 

Burada təhsil alan şagirdlərdən birinin binanın ikinci mərtəbəsindən özünü atdığı bildirilib.

 

Abşeron rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, onlara məktəbin ikinci mərtəbəsindən şagirdlərdən birinin yıxılması barədə məlumat daxil olub. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.