Bakının Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar olaraq "Bakı-2015” Avropa oyunları ilə bağlı bu gün Şəmkirdə planlaşdırılan "Alov festivalı” ləğv olunub. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
Onun sözlərinə görə, məşəl sadəcə proqrama əsasən regiondan keçəcək.