Yaponiya rusiyalılar üçün viza rejimini sadələşdirir

Yaponiya hakimiyyəti Rusiya vətəndaşları, əsasən də bu ölkəyə biznes məqsədilə gələnlər üçün viza rejimini sadələşdirəcək.

sabahinfo.Az RT-yə istinadən xəbər verir ki, bu barədə Yaponiya XİN-i məlumat yayıb. 

RİA Novosti-nin Yaponiyanın XİN-ə istinadən yaydığı məlumata görə, bundan sonra birdəfəlik vizalardan başqa, Yaponiyada 30 gün müddətinə üç il ərzində vizalar da veriləcək. 

Bununla yanaşı, Yaponiyaya qısamüddətli səfər üçün Rusiya vətəndaşlarına səfər öz hesabına ödənilərsə, zəmanət məktubu lazım deyil. 

Həmçinin Yaponiyada qısamüddətli, dəfələrlə səfər edə biləcək şəxslərin çevrəsini genişləndirmək lazımdır. Əsasən də bu, biznesmen, alim və mədəniyyət xadimlərinə aiddir. Belə vizaların müddəti üç ildən beş ilə qədər uzadılacaq. 

Hazırda Rusiyanın prezidenti Vladimir Putin Yaponiyada rəsmi səfərdədir.