Yaponiyada güclü zəlzələ oldu

Bu gün Yaponiyanın şimal-şəqrindəki Xonsyu əsas adasında 5,8 bal gücündə zəlzələ qeydə alınıb. sabahinfo.az xarici KİV-ə istinadən bildirir ki, Yaponiyanın seysmik xidmət funksiyasını yerinə yetirən Meteorologiya idarəsindən verilən məlumata görə, sunami təhlükəsi yoxdur.

Zəlzələnin əsas ocağı Fukusima prefekturası rayonunda yerləşir. Zərəçəkənlər və dağıntılar barədə məlumat yoxdur. Zəlzələ rayonunda yerləşən "Fukusima-1” Atom Elektrik Stansiyasına da zərər dəyməyib.