Yaponiyada güclü zəlzələ - Yaralı sayı 1000-i ötdü

Yaponiyada maksimal gücdə zəlzələ baş verib.

 Kyusyu adasında başa verən zəlzələnin maqnitudası 6,5 olub. Ən böyük təkan isə 7 bal gücündə olub. Bu isə, Yaponiya şkalasına görə maksimal səviyyədir.

Ölkə hökuməti zəlzələ nəticəsində 760 insanın yaralandığını və 9 nəfərin vəfat etdiyini açıqlayıb. Lakin NHK teleşirkətinin verdiyi məlumata görə, zəlzələ nəticəsində 1000 nəfərdən çox insan yaralanıb.

Zəlzələdən sonra 120 yeraltı təkan baş verib. 14 min ailə elektriksiz, 20 min ailə su təchizatsız, 6 min ailə isə qazsız qalıb. 44 mindən çox insan təxliyə olunub.