Yarım milyonluq "iPhone 7"

Lüks telefon istehsalçılarından olan "Gresso", üzərində 1450 ədəd 102 karatlıq almazın olduğu "Black Diamond iPhone 7" modelini satışa çıxarıb

sabahinfo.Az technote-yə istinadən bildirir ki, modelin standart "iPhone 7"dən əsas fərqi də məhz üzərində qiymətli daşların olmasıdır.

Telefonun loqosu üçün 10 qramlıq 18 əyyar qızıl istifadə olunub. Bundan əlavə gövdəsinin 5-ci dərəcə titandan təşkil olunması, cihazın daha da möhkəm olmasına şərait yaradıb.

"Gresso" şirkəti bu telefona 500 min dollar ödəmək istəyən şəxslər üçün sifarişin 18 saat içində hazırlanacağını açıqlayıb.