Zakir Həsənov zəfər tədbirində

Müdafiə naziri Zakir Həsənov Türkiyə Respublikasına yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın dəvətilə Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə anım mərasimində iştirak etmək üçün Türkiyəyə yola düşüb.