Zurabişvilinin inauqurasiya mərasimi bu şəhərdə keçiriləcək

Gürcüstanın yeni seçilən PrezidentiSalome Zurabişvilinininauqurasiya mərasimi Telavi şəhərində keçiriləcək.

Sabahinfo.az-ın "Report”a istinadən verdiyi xəbərə görə, bunu xanım dövlət başçısının özü jurnalistlərə açıqlamasında bildirib.

O, mərasimin detalları üzərində iş aparıldığını deyib: "İnauqurasiya mərasiminə qatılmaq üçünxarici qonaqlara dəvətlər göndərilib. Biz diplomatik münasibətlərimizin olduğu hər bir ölkədən nümayəndə dəvət edəcəyik. Təbii ki,Giorgi Marqvelaşvilidə mərasimdə iştirak edəcək”.

Andiçmə mərasiminin Telavi şəhərindəki Batoni qəsrinin ərazisindəki sarayda keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, S.Zurabişvilinin inauqurasiya mərasimi dekabrın 16-na təyin olunub. Gürcüstanda ilk dəfədir prezidentin inauqurasiyası paytaxt Tbilisidə keçirilməyəcək. Hazırkı prezidenti Giorgi Marqvelaşvili və sabiq dövlət başçısıMixeil Saakaşvilinin andiçmə mərasimləri Gürcüstan parlamentinin Tbilisidəki binasının daxili həyətində baş tutub.