Cənab İlham Əliyevin liderliyi ilə...

Ağdaş rayonunda şəhid ailələrinin üzvləri, müharibə veteranları ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Ağdaş rayonunda şəhid ailələrinin üzvləri və müharibə veteranları ilə görüş keçirilib. 

Görüşdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, təşviqat qrupunun üzvləri şəhid anası Nübar Məmmədova, Vətən müharibəsi qazisi Murad Səfərəliyev və Qalib Həsənov çıxış ediblər.

Çıxışlarda son 20 ildə Azərbaycanın keçdiyi inkişaf yolundan, müxtəlif sahələrdə əldə olunan nailiyyətlərdən bəhs edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının yüksəldilməsi, sosial infrastrukturun ən müasir standartlara uyğun qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirildiyi vurğulanıb. Qeyd olunub ki, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının diqqət mərkəzində saxlanılması, onların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.

Şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları cənab İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla irəlilədiyini, habelə fevralın 7-də keçiriləcək prezident seçkilərində xalqa Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.