Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb:
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Ankaraya səfər edəcək. Səfər çərçivəsində Azərbaycanla ikitərəfli münasibətlərlə yanaşı, cari regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparılacaq",-məlumatda qeyd olunub.