Ceyhun Bayramov Uqanda prezidenti ilə görüşdü

Uqandaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin Prezidenti Kaquta Museveni ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında çoxtərəfli əməkdaşlıq gündəliyi və Qoşulmama Hərəkatı Üçlüyü çərçivəsində gələcək planlar müzakirə edilib.