Ceyhun Bayramov və Lavrov Türkiyədə görüşəcəklər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə gəlib.

Sabahinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Lavrov tədbir çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla da danışıqlar aparacaq.

Nazirlərin ilk növbədə ikitərəfli əməkdaşlığın vəziyyətini və qarşılıqlı maraq doğuran sahələrə (ticarət, enerji, təhlükəsizlik, bank işi və turizm) aid məsələləri müzakirə edəcəyi gözlənilir.

Forum çərçivəsində Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov, Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayev, eləcə də Esvatini kralı Üçüncü Msvati ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.