Daha bir ölkə Fransaya bütün uçuşları dayandırdı

"Türk Hava Yolları” (THY) Parisdə törədilmiş silsilə terror aktları ilə əlaqədar Fransa şəhərlərinə olan bütün reyslərini ləğv edib.

Sabahinfo.az xəbər verir ki, uçuşlar noyabrın 21-dək dayandırılıb. THY Fransaya uçuşları bərpa etdikdə sərnişinlər ləğv olunmuş reyslərə aldıqları biletlərdən cərimə ödəmədən istifadə edə biləcəklər.