Deputat ABŞ-yə gedir

Milli Məclisin deputatı Vüqar Bayramov sentyabrın 2-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfər edəcək.

Sabahinfo.az xəbər verir ki, səfər çərçivəsində deputat “İnformasiya Texnologiyaları və İnnovasiya Fondu”  (İTİF) tərəfindən  təşkil olunacaq bir sıra görüşlərdə iştirak edəcək.

Tədbir çərçivəsində süni intellekt, rəqəmsal inkişaf, yaşıl enerji, innovasiya və texnoloji əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Səfər sentyabrın 6-da başa çatacaq.