Dünya mətbuatı nədən yazır?

“Al Jazeera”, “Al-Quds Al-Arabi”, “Al-Dustour”, “Deutsche Welle”, “Spiegel.de”, “El País”, “El Comercio”, “İnfobae”, “Le Figaro”, “Le Monde”, “France 24”, TASS, “RİA Novosti” və “Rossiyskaya gazeta” nələrdən yazır?

“Al Jazeera”: Tunis prezidenti Kays Səid icra səlahiyyətini boynuna götürdüyünü açıqladı, hökuməti vəzifədən aldı və parlamentin fəaliyyətini dondurdu.

“Al-Quds Al-Arabi”: Derada mərhələli razılaşmaya görə, embarqonun qaldırılması qarşılığında silahlar çəkiləcək, hərbi və təhlükəsizlik vahidləri qurulacaq.

“Al-Dustour” (İordaniya): Makron "Pegasus" casus proqramı haqqında Tel Avivdən şərh tələb etdi.

“Deutsche Welle”: Almaniya Baş Nazirliyində department rəhbəri Helge Braun yeni tip koronavirus (Covid-19) yoluxma rəqəmlərinin arta biləcəyi xəbərdarlığını etdi, vətəndaşları peyvəndə çağırdı, vaksin edilənlərin daha çox azadlığa sahib olacaqlarını söylədi.

“Spiegel.de”: Təbii fəlakətlər ölkəsi Almaniyada sellər, fırtınalar və meşə yanğınları - əvvəllər həddindən artıq olaraq qəbul edilən şeylər bu gün yenidən normala döndü.

“El País” (İspaniya): İspaniya hökuməti önümüzdəki günlərdə ümumi sayı 30.455 olan iş ilə tarixinin ən böyük ictimai məşğulluğunu başlamaq üçün krallıq fərmanı təsdiqləməyi planlayır.

“El Comercio” (Perú): İspaniya Kralı VI Felipe prezident seçilən Pedro Kastillonun andmərasimində iştirak etmək üçün 27 iyulda Peruya gedəcək.

“İnfobae” (Argentina): İspaniya Argentina, Kolombiya və Boliviyadan gedən sərnişinlərə zəruri karantin tətbiq edəcək.

“Le Figaro”: Fransalıların təxminən 60 faizi ən azı bir doza peyvənd olunub.

“Le Monde”: Peyvənd sertifikatı tətbiqinə qarşı səfərbərlik artır, Fransada isə 161 min müxalif buna qarşı yürüşə çıxdı.

“France 242: Tunis prezidenti Kays Səid kəskin etirazlardan sonra baş naziri (Hişam əl-Meşişi) vəzifədən götürdü, parlamenti təxirə saldı.

TASS: Yaponiya Rusiyanın baş naziri Mixail Mişustinin Yaponiyanın şimalındakı İturub adasına səfərinə görə Rusiyaya etiraz bildirəcək.

“RİA Novosti”: Rusiyanın kişi voleybol komandası Tokio 2020 Yay Olimpiadasında ABŞ-ı 3-1 hesabı ilə məğlub etdi.

“Rossiyskaya gazeta”: Rusiya ucuz benzinə görə Avropada ikincidir.

 

TRT.NET.TR