Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycandakı Rus İcması və Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası ilə birgə əfsanəvi kəşfiyyatçı, jurnalist, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin 130 illiyi ilə əlaqədar yubiley tədbiri keçirdi.
Qarabağ müharibəsi şəhidlərinin və Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova “Konstitusiya və Suverenlik İli”nin Azərbaycan xalqı üçün əlamətdar il olduğunu vurğulayaraq qeyd etdi ki, 2025-ci il Böyük Zəfərimizin 5 illiyi və faşizm üzərində Qələbənin 80 illik yubileyi məhz bu ilə təsadüf etdiyini dedi. L.Məmmədova bu iki hadisənin Azərbaycan tarixindəki yerindən geniş məlumat verdi.
Lətifə Məmmədova kəşfiyyatçı, jurnalist, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin həyatının önəmli məqamları haqqında qonaqlara maraqlı məlumatlar verdi. O, R.Zorgenin özünü qəlbən Azərbaycana, doğma Bakıya bağlı biri hesab etdiyini, sadəcə Azərbaycan dilində danışa bilmədiyi üçün təəssüfləndiyini, onun “Bizim bakılı Zorge” deyə xatırlandığını xüsusi qeyd etdi.
Tədbirdə çıxış edən jurnalist, yazıçı-publisist Fuad Hüseynzadə Azərbaycanın igid qəhrəmanlarını dünyaya tanıtmaq üçün Böyük Vətən müharibəsində Qələbəyə həsr olunmuş kitab yazdığını və bu kitabın bir çox MDB ölkələrində təqdimatının keçirildiyini və keçirilməkdə davam etdiyini dedi. O qeyd etdi ki, Vətən müharibəsində qəhrəman babaların qəhrəman nəvələri halqası qurulub və bu proses davam edir. Kitabda R.Zorge haqqında da məlumatların olduğunu və özünün onun yaşadığı evi ziyarət etdiyini qeyd etdi.
AYB-nin və AJB-nin üzvü, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, politoloq, yazıçı-publisist Reyhan Mirzəzadə çıxışında ilk dəfə 7-ci sinif şagirdi olarkən Rixard Zorge haqqında oxuduğu kitabda onunla tanış olduğunu dedi. O dedi: “Bir yazıçı R.Zorgeni dünyanın oğlu adlandırmışdır. Bu cümlənin necə də doğru olduğunu onun həyatı ilə tanış olduqdan sonra əmin oldum”. O, yazdığı “Səhra qartalı” kitabında R.Zorgenin xüsusi yer tutduğu haqqında da məlumatlar verdi. R.Mirzəzadə R.Zorgenin həyatından və edam səhnəsindən maraqlı epizodlar danışdı.
L.Məmmədova sözü İsmayıllı rayonunun İvanovka kəndindən xüsusi olaraq tədbirə gələn İvanovka kənd Diyarşünaslıq Muzeyin yaradıcısı və rəhbəri Nadejda Jabinaya verdi. N.Jabina uzun illər saxladığı R.Zorgenin xalası qızına yazılan məktubları tədbir iştirakçılarına göstərdi və məktublardakı maraqlı yazılardan məlumatlar verdi.
İsmayıllı rayonunun İvanovka kəndindən gələn digər qonaq, şair Tatyana Minnikova yazdığı kitab haqqında məlumat verdi və Böyük Vətən müharibəsinə həsr etdiyi şeirini oxudu.
Tədbirdə 23№-li tam orta məktəbin müəllimi Nərgiz Məcidova faşizm üzərində Qələbə və əfsanəvi kəşfiyyatçı Rixard Zorge haqqında hazırladığı təqdimatı qonaqlara nümayiş etdirdi.
Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova və qardaşı Vitali Kovalyov da tədbirdə çıxış etdilər. Vitali Kovalyov qardaşının həyatında R.Zorgenin yerindən və onların oxşar cəhətlərindən danışdı. O, Yuri Kovalyovun əsl kitabsevər olduğunu da xüsusi qeyd etdi.
Azərbaycandakı Rus İcmasının sədr müavini Lyubov Yakunina bu maraqlı tədbirdə iştirak edənlərə təşəkkür etdi və tədbirin təşkilində əməyi keçənlərə xüsusi minnətdarlığını bildirdi.
Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının məzunu, müğənni Yelena Yakubovskaya Böyük Vətən müharibəsinə həsr olunmuş mahnılar ifa etdi.
“Günay” teatrının gənc aktyorları İzabella Mamarəhimova və Lyudmilla Smirnova Rixard Zorgeyə həsr olunmuş şeirlər söylədilər.
Tədbirdə Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə və R.Zorgenin 130 illik yubileyinə həsr olunmuş videoçarxlar nümayiş olundu.
Tədbirin sonunda çıxış edən iştirakçılara hədiyyələr təqdim edildi. Videoçarxlar kitabxananın Youtube kanalında aşağıdakı keçiddə yerləşdirilib:
https://www.youtube.com/watch?v=nfPA5iRQUDo&t=6s
https://www.youtube.com/watch?v=U2E7dj7IAV8