62 saylı Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Əminə Ağazadənin seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Kürdəmir rayonunun Qarasaqqal kənd sakinləri ilə baş tutub.
Kənd sakinləri ilə görüşdə Əminə Ağazadə qarşıdan gələn 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Əminə xanım öz çıxışında ərazi bütövlüyünü bərpa etmiş xalqımızın, dövlətimizin bu seçkilərə verdiyi önəmi bir daha xatırladıb, hər bir seçicini öz hüquqlarından azad şəkildə istifadə etməyə çağırıb.
Əminə xanım VI çağırış Milli Məclisin deputatı kimi fəaliyyəti, rayon əhalisini ən çox narahat edən problemlərin həlli yolları haqqında kənd sakinlərinə məlumat verib.
Səmimi şəraitdə keçən görüşdə kənd əhalisi Əminə xanıma gələcək fəaliyyətində uğurlar arzulayıblar.