Erməni mafiya klanının başçısı tutuldu

Fransanın yerli mətbuat orqanlarını yaydığı məlumata əsasən, ermənilərdən və gürcülərdən ibarət müxtəlif növ oğurluq üzrə ixtisaslaşmış beynəlxalq mütəşəkkil cinayətkar dəstə saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, cinayətkar dəstə ilə bağlı təhqiqatın hələ 2019-cu ildə başladığı bildirilir.

Polisin səhər saat 6-da apardığı əməliyyat nəticəsində təkcə Strasburqda yerləşmiş erməni mafiya klanının başçısı və 12 nəfər əlaltısı saxlanılıb.

Polis saxlanılan şəxslərin evlərində apardığı axtarışlar zamanı beş tapança, dörd maşın, bir mototsikl, 352 siqaret bloku, 66 şüşə spirtli içki, 103 böyük markadan olan ətir, 17 min avro, bəzək əşyaları, sərgi nümunələri aşkarlanıb.