Ermənistan parlamentində gizli Qarabağ toplantısı

Ermənistan parlamentində deputatların Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla qapalı görüşü keçirilir. Bu barədə erməni KİV-i xəbər verir. 
 
Görüşdə xarici əlaqələr üzrə komissiyanın, AŞPA nümayəndə heyətinin üzvləri, həmçinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə komitəsinin rəhbəri Koryun Naapetyan iştirak edirlər. 
 
Qapalı toplantıda Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 9-u İrəvana etdiyi səfəri Ermənistanda təşvişə səbəb olmuşdu. Səfərdən sonra Moskvanın Dağlıq Qarabağ ətrafında bir neçə rayonu Azərbaycana qaytarması ilə bağlı yayılan xəbərlər erməniləri qorxuya salıb.