Ermənistan Türkiyəyə qarşı sanksiyaya qoşuldu

Erməni samboçular Türkiyədə yeniyetmələr arasında keçiriləcək Avropa Çempionatında iştirakdan imtina edib. "İnterfaks” xəbər verir ki, Ermənistan Sambo Federasiyası bu qərarın Türkiyənin Rusiya bombardmançısını vurmasına etiraz olaraq verildiyini bildirib.
 
Federasiya Rusiyanın sambo milli komandası ilə həmrəy olduqlarını açıqlayıb.
 
Qeyd edək ki, Avropa Çempionatı 4-7 dekabrda İstanbulda baş tutacaq. Bir neçə gün öncə Rusiya Sambo Federasiyası yarışlara qatılmaqdan imtina edib.