"Ermənistandakı revanşist qüvvələr fəaliyyətlərini dayandırmır" - Deputat

"Antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz tam bərpa edilib. Amma buna baxmayaraq, Ermənistandakı revanşist qüvvələr və onların havadarları Azərbaycana qarşı fəaliyyətlərini dayandırmır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Xankəndidən seçilən deputat Tural Gəncliyev deyib.

Deputat bildirib ki, informasiya müharibəsində ayıq-sayıq olmaq lazımdır: “Çünki müxtəlif platformalardan hücumlar davam edəcək. Misal olaraq, Kolifornayada radikal emrəni qruplarının üzvləri Azərbaycanın və Türkiyənin səfirliyinə hücum etdilər. Eyni halların Avropada yerləşən səfirliklərimizə olacağı ehtimalını görürük. Odur ki, bu məsələlərdə ayıq-sayıq olmaz lazımdır. Ümid edirik ki, revanşist qüvvələr bütün baş verənlərdən nəticə çıxaracaqlar. Azərbaycanın torpaqları artıq suverəndir və bu, əbədi belə olacaq”.