"Fiqan" adlı kitabın təqdimatı keçirilib

Təqdimatda Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın üzvləri - Svetlana Bağırova, Orxan Mustafazadə, Tərtər rayon A.Məmmədov adına Xoruzlu kənd tam orta məktəbin direktor və müəllim heyəti, qonaqlar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Kitabın müəllifi, Xoruzlu kənd tam orta məktəbinin məzunu, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi , 17 yaşlı gənc yazıçı Əfqan Məmmədovdur. 

Tədbirdə iştak edən şəhid valideynləri Hüseynov Əhliman, İsmayılova Avaz, I Qarabağ müharibəsi qazisi Məmmədov Ayaz, RİH yanında İctimai şuranın üzvü Orxan Mustafazadə, "Yeni Tərtər" qəzetinin redaktoru Svetlana Bağırova, Xoruzlu kənd İƏD nümayəndəsi Elçin Qasımov, Xoruzlu kənd tam orta məktəbinin direktoru Elşən Səfərov, direktor müavinləri - Elnurə Əsgərxanova və Günel Alıyeva, müəllifin orta məktəb müəllimləri - Mübariz Əsədov, Kübra Qafarova, Nabat İbrahimova, Yeganə Bağırova, atası Zaur Məmmədov, Zakir Bayramov, Yusif Məmmədov ,Səmənnəz Məmmədova ,Qurban Hüseynli, Mirzə Şirinov çıxış edərək təbriklərini iştirakçılarla bölüşüblər.

Tədbir, müəllifin iştirakçılara kitab təqdim etməsilə yekunlaşmışdır.